Tokio, 18 aprel, /AJMEDIA/
ABŞ-ın “İnter Mayami” klubunun futbolçusu Lionel Messi gələcəyi ilə bağlı sualı cavablandırıb.
AJMEDIA xəbər verir ki, argentinalı hücumçu xarici mətbuata açıqlamasında qarşıdakı hədəflərindən danışıb.
Ulduz oyunçu bütün diqqətini indiki zamana yönəltdiyini bildirib: “Amma 2026-cı il dünya çempionatı haqqında düşünmədiyimi desəm, yalan danışmış olaram. Bəli, bu barədə düşünürəm. Bu il gələcəyimlə bağlı qərarlar qəbul etmək baxımından çox önəmli olacaq”.
Qeyd edək ki, 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edən Lionel Messi bu müddət ərzində 49 matçda 42 qol və 21 məhsuldar ötürmə ilə yadda qalıb. Onun komandası ilə müqaviləsi 2025-ci ilin sonuna kimidir.