Tokio, 8 iyul , /AJMEDIA/
Cəbəllütariqin “Linkoln” komandası Çempionlar Liqasının birinci təsnifat mərhələsində Ağdamın “Qarabağ” klubuna qarşı keçirəcəyi oyunlar üçün iştirak ərizəsini UEFA-ya göndərib.
AJMEDIA xəbər verir ki, komanda 22 futbolçu sifariş edib.
Heyətdə qapıçılar – Deyl Kolinq, İvan Villanueva, Nauset Santana, müdafiəçilər – Roy Çipolina, Bernardu Lopeş, İtan Britto, İbrahim Ayu, Con Sarcent, Xesus Toskano, yarımmüdafiəçilər – Xuampe, Qrem Torilya, Cumaney Börnet, Marko Rosa, Mandi, Liam Uoker, Mustafa Yahaya, Samson Acayi, hücumçular – Santi Luke, Kike Qomes, Nano, Li Kasyaro və Xuan Penya yer alıblar.
Qeyd edək ki, “Qarabağ” klubu “Linkoln”a qarşı ilk matçını iyulun 11-də səfərdə, cavab görüşünü isə iyulun 19-da evdə keçirəcək.