Leyla Abdullayeva: Gəncəyə raket hücumları Azərbaycan xalqına nifrət zəminində törədilib

Tokio, 11 oktyabr , /AJMEDIA/

Azərbaycanın Ermənistan tərəfindən işğalı dövründə çoxsaylı müharibə cinayətləri törədilib.
AJMEDIA xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistanın 2020-ci il oktyabrın 11-də Gəncədə törətdiyi terror aktının ikinci ildönümü ilə əlaqədar keçirilən dəyirmi masada deyib.
İki il əvvəl Gəncədə törədilən terror hadisəsindən danışan Leyla Abdullayeva raket hücumlarının məqsədli şəkildə törədildiyini diqqətə çatdırıb. Bildirib ki, raket hücumları daha çox insana ziyan vurmaq məqsədilə bilərəkdən məhz gecə vaxtlarında həyata keçirilib. Bu, birmənalı şəkildə müharibə cinayətidir, Ermənistanın özünün də üzvü olduğu Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdır. Konvensiyanın maddələrinə əsasən, Gəncəyə edilən məqsədli raket hücumları Azərbaycan xalqına nifrət zəminində törədildiyi üçün beynəlxalq təşkilatlar bu məsələyə ədalətli münasibət bildirməli və Ermənistana təzyiq etməlidirlər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts