Tokio, 7 dekabr , /AJMEDIA/
Dekabrın 7-də saat 11:15 radələrində Şuşa şəhəri Tar sexi ərazisində elektrik təsərrüfatı sahəsində çalışan Lerik rayon sakini, 1987-ci il təvəllüdlü Rahim Həbibovun minaya düşməsi ilə bağlı polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AJMEDIA-ya bildirilib ki, həmin şəxs ayağından xəsarət alıb. O, polis əməkdaşlarının köməyi ilə ərazidən çıxarılaraq xəstəxanaya təxliyə edilib