Latviya Seyminin sədri: Regionda Azərbaycanın sülh səylərini yüksək qiymətləndiririk

Tokio, 20 may , /AJMEDIA/

Regionda sülh və sabitliyin təmin olunması istiqamətində Azərbaycanın səylərini yüksək qiymətləndiririk.

AJMEDIA xəbər verir ki, bunu ölkəmizdə səfərdə olan Latviya Seyminin sədri xanım Dayqa Mierina mayın 20-də keçirilən mətbuat konfransında sualları cavablandırarkən deyib.

Azərbaycan xalqını və dövlətini Qarabağ Zəfəri münasibətilə təbrik edən Latviya Seyminin sədri əlavə edib: “Düşünürəm ki, beynəlxalq ictimaiyyətin nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə səfərləri Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayır”.

Dayqa Mierina Şuşada və Füzulidə aparılan bərpa-quruculuq işlərinin səviyyəsindən məmnun qaldığını bildirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts