Las-Veqas Qran-Prisinin ikinci praktikası ərəfəsində azarkeşləri tribunalardan çıxarıblar

Tokio, 17 noyabr , /AJMEDIA/

Formula 1 çempionatının Las-Veqas (ABŞ, Nevada ştatı) mərhələsinin təşkilatçıları ikinci sərbəst yürüş ərəfəsində azarkeşləri tribunalardan və fan-zonalardan çıxarıblar.

AJMEDIA xəbər verir ki, sərbəst yürüşlərin ikinci hissəsi yerli vaxtla gecəyarısı başlamalı idi. Lakin şəhər trasında birinci sərbəst sessiya zamanı insident baş verdiyinə görə 2,5 saat təxirə salınıb. Xatırladaq ki, yürüşdə Karlos Saynts-kiçik (“Ferrari”) keçdiyi zaman düz yol xəttində drenaj qəfəs yerindən qoparaq ispaniyalının bolidinə çırpılıb. Yürüşlər təxirə salınıb, sessiya 20 dəqiqə belə davam etməyib. Bundan sonra trasda digər lyukları yoxlamağa başlayıblar. Bu səbəbdən də ikinci yürüşün başlanması vaxtı təxirə salınıb.

“Biz azarkeşlər və personal üçün logistika nöqteyi-nəzərindən bütün fan-zonaları və Las-Veqas Qran-Prisinin tribunalarını gecə saat 01.30-da bağlamaq qərarına gəldik. Biz azarkeşlərin daha sonra – sərbəst yürüşlərin üçüncü hissəsində və təsnifatda qayıtmalarını səbirsizliklə gözləyirik”, – deyə təşkilatçıların sonradan silinən bəyanatında bildirilirdi.

İnsident səbəbindən Sayntsın bolidində şassini, mühərriki və ötürmə qutusunu dəyişməli olublar. Bu isə, öz növbəsində, yürüş startında yerin itirilməsi kimi cəriməyə bərabərdir. “Ferrari” Beynəlxalq Avtomobil Federasiyasına müraciətində fors-major vəziyyətin olduğunu nəzərə alaraq, pilota qarşı sanksiyalar tətbiq olunmamasını xahiş edib. Lakin bu məsələdə komandaya imtina edilib.

Formula 1 yarışları Las-Veqasa 40 ildən sonra qayıdıb. “Kral yürüşləri”nin rəhbəri tərəfindən bu mərhələnin möhtəşəmliyi ilə seçiləcəyi elan olunub. Onlar unudulmaz şou nümayiş etdirməyi vəd ediblər. Lakin hələ ki, onlar bilet üçün min dollardan artıq pul xərcləyən azarkeşlərin, eləcə də pilot və komandaların, həmçinin yolun bağlanması ucbatından yaranan narahatlıqlara dözməli olan yerli sakinlərin neqativ fikirləri ilə qarşılaşırlar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts