Laçında “Sağlam həyat” günlərinə start verilib

Tokio, 29 may , /AJMEDIA/

Müstəqillik Günündə Gənclər və İdman Nazirliyi Laçın şəhərində “Sağlam həyat” günlərinə start verib.

Nazirliyin mətbuat xidmətindən AJMEDIA-ya verilən məlumata görə, Laçın bulvarında təşkil edilən tədbirə müxtəlif yaş qruplarından olan iştirakçılar qaçış, uzunluğa tullanma, topatma, ağırlıqqaldırma, turnik, paralel qollar, dayaqlı vəziyyətdən qolların bükülüb-açılması və qarın əzələlərinin möhkəmləndirilməsi (“jim” və “press”) normativlərini yerinə yetiriblər. Normativləri yerinə yetirən bütün iştirakçılara sertifikatlar təqdim olunub.

“Sağlam həyat” günləri layihəsi ilk dəfədir işğaldan azad edilmiş və əhalinin məskunlaşdığı bölgələrdə təşkil olunur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts