Laçın-Xankəndi yolundakı aksiya ermənilərin qanunsuz davranışlarının qarşısını alır

Tokio, 26 dekabr , /AJMEDIA/

Azərbaycanın qeyri-hökumət təşkilatlarının nümayəndələri, ekofəallar dekabrın 12-dən etibarən Laçın-Xankəndi yolunda Qarabağdakı təbii sərvətlərimizin qanunsuz şəkildə istismarının dayandırılmasına qarşı dinc etiraz aksiyası keçirirlər. Aksiya artıq 15 gündür davam edir. Aksiya iştirakçıları ilk gündən etibarən əzm, iradə nümayiş etdirərək tələbləri yerinə yetirilməyənədək ərazini tərk etməyəcəklərini bildiriblər. Onlar Xankəndi-Laçın yolunda Azərbaycanın suveren ərazilərində beynəlxalq hüquqa zidd olmayaraq, haqlı, sivil qaydada toplaşıb qanunsuzluqlara etiraz səslərini ucaldırlar. Aksiya iştirakçıları əmindirlər ki, haqlı tələbləri yerinə yetiriləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts