Laçın-Xankəndi yolu: Sülhməramlılara məxsus avtomobil karvanının aksiya ərazisindən keçidi təmin edilib

Tokio, 18 fevral , /AJMEDIA/

Bu dəqiqələrdə Rusiya sülhməramlılarına məxsus on səkkiz avtomobil azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil etdikləri aksiya ərazisindən sərbəst keçib.
AJMEDIA xəbər verir ki, 15-i yük, 3-ü isə minik avtomobili olan nəqliyyat vasitələri Xankəndidən Laçına doğru hərəkət ediblər.
Sülhməramlılara məxsus nəqliyyat vasitələrinin aksiya ərazisindən heç bir maneə olmadan hərəkət etmələri bir daha aksiyanın məramının dinc olduğunu nümayiş etdirir. Azərbaycanlı ekofəallar ilk gündən olduğu kimi, humanist prinsiplərə sadiqdirlər. Heç də siyasi xarakter daşımayan bu aksiya Qarabağ ərazisində faydalı qazıntı yataqlarının istismarına qarşıdır.
Beləliklə, bu gün hazırkı vaxtadək 24 avtomobil aksiya ərazisindən sərbəst keçib.
Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts