Laçın-Xankəndi yolu: hərəkətin sərbəstliyi mütəmadi olaraq təmin edilir

Tokio, 14 fevral , /AJMEDIA/

Laçın-Xankəndi avtomobil yolunun ekoloji aksiyanın keçirildiyi ərazisindən hərəkətin sərbəstliyi mütəmadi olaraq təmin edilir.
AJMEDIA xəbər verir ki, səhər saatlarında sülhməramlılara məxsus bir yük avtomobilinin Laçından Xankəndi istiqamətinə, iki minik avtomobilinin isə Xankəndidən Laçın istiqamətinə sərbəst hərəkəti təmin edilib.
Bu, bir daha onu göstərir ki, ərazidə hərəkətin sərbəstliyi mütəmadi olaraq təmin olunur. Heç də siyasi xarakter daşımayan aksiya humanitar məqsədlərə xidmət edir. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts