Laçın-Xankəndi yolu: BQXK-yə məxsus 6 avtomobilin aksiya ərazisindən keçidinə şərait yaradılıb

Tokio, 18 yanvar , /AJMEDIA/

Laçın-Xankəndi yolunda təşkil olunan dinc aksiyanın iştirakçıları ərazidən humanitar məqsədlər üçün istifadəyə növbəti dəfə şərait yaradıblar.
AJMEDIA xəbər verir ki, bu dəqiqələrdə Xankəndidən Laçın istiqamətində hərəkət edən Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus 5-i minik, 1-i isə yük avtomobili olmaqla, 6 avtomobil ərazidən maneəsiz keçib. BQXK-yə məxsus avtomobillərin içində erməni əsilli şəxslər olub.
Aksiya ərazisindən maneəsiz keçid bir daha göstərir ki, Ermənistanın blokada ilə bağlı səsləndirdiyi iddialar saxtadır. Laçın-Xankəndi yolu bütün humanitar məqsədli maşınlar və mülki şəxslər üçün açıqdır.
Qeyd edək ki, Qarabağda qanunsuz ekoloji istismara qarşı ötən il dekabr ayının 12-dən başlayan aksiya 38 gündür davam edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts