Lənkəranda şəhid Əli Mehdizadənin xatirəsi anılıb

Tokio, 3 noyabr , /AJMEDIA/

Lənkəranda Vətən müharibəsi şəhidi Mehdizadə Əli Məcid oğlunun xatirəsi ehtiramla yad olunub.
Anım mərasimində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının rəsmi şəxsləri, şəhid ailələri və yerli sakinlər iştirak ediblər.
AJMEDIA xəbər verir ki, şəhid Mehdizadə Əli Məcid oğlunun, eyni zamanda, digər şəhidlərin məzarları ziyarət olunub, üzərinə tər güllər düzülüb, ruhlarına dualar oxunub.
İcra başçısı şəhidin ailə üzvləri ilə söhbət edib və qayğıları ilə maraqlanıb. Bildirib ki, şəhid ailələrinə xüsusi qayğı və diqqətin göstərilməsi, eyni zamanda, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın adlarının əbədiləşdirilməsi Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət mərkəzindədir. Qəhrəman övladların yetişməsində valideynlərin əvəzsiz rolu barədə danışan Taleh Qaraşov şəhid və qazi analarına, habelə Vətən müharibəsi iştirakçılarının valideynlərinə təşəkkürünü bildirib.
Şəhid valideynləri onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, şəhid Əli Mehdizadə göstərdiyi qəhrəmanlığa və şücaətə görə ölümündən sonra Ali Baş Komandan İlham Əliyev tərəfindən 3-cü dərəcəli “Rəşadət” ordeninə, “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medallarına layiq görülüb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts