Tokio, 7 yanvar , /AJMEDIA/
Yanvarın 7-də Kiçik Qafqazın ərazisindən axan Zəyəmçayın Ağbaşlar məntəqəsində suyun səviyyəsi 2 santimetr artıb, Şəmkirçayın Qalakənd məntəqəsində 4 santimetr azalıb, Kürəkçayın Toğana, Gəncəçayın Zurnabad və Böyük Qafqazın ərazisindən axan Vəlvələçayın Təngəaltı məntəqələrində dəyişməyib. Qusarçayın Kuzun, o cümlədən Lənkəran-Astara bölgəsindən axan Təngərüdçayın Vaqo məntəqələrində suyun səviyyəsində 1 santimetr azalma qeydə alınıb, Lənkərançayın Sifidor, Viləşçayın Şıxlar məntəqələrində isə dəyişiklik müşahidə olunmayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AJMEDIA-ya verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 7 santimetr artıb. Hazırda məntəqədə su sərfi 158 kubmetr/saniyə təşkil edir. Bu da ongünlük normanın 97 faizinə bərabərdir. Hazırda sululuq keçən il ilə müqayisədə 8 faiz çoxdur.
Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 26 kubmetrə bərabərdir. Bu da ongünlük normanın 37 faizini təşkil edir. Hazırda sululuq keçən il ilə müqayisədə 13 faiz azdır.
Kür çayının Surra məntəqəsində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 90 kubmetr təşkil edir. Bu da ongünlük normanın 17 faizinə bərabərdir. Hazırda sululuq keçən il ilə müqayisədə 17 faiz azdır. Şirvan məntəqəsində suyun səviyyəsi 2 santimetr artaraq 127 santimetr olub. Bankə məntəqəsində suyun səviyyəsi 6 santimetr artaraq 137 santimetr təşkil edib.