Tokio, 15 dekabr , /AJMEDIA/
Yanvar-noyabr aylarında Azərbaycandakı külək elektrik stansiyalarında (KES) 44,8 milyon kilovat/saat elektrik enerjisi istehsal olunub.
AJMEDIA Dövlət Statistika Komitəsinin məlumatlarına istinadla xəbər verir ki, on bir ayda ölkədəki günəş elektrik stansiyalarında (GES) isə 58,4 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib.