Tokio, 15 fevral, /AJMEDIA/
Koreya Beynəlxalq İqtisadi Siyasət İnstitutu (KİEP) iqtisad elmləri doktoru, professor Vüsal Qasımlının “Azərbaycan – ən yaxşı investisiya ünvanı” mövzusunda araşdırmasını rəsmi səhifəsində yerləşdirib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən AJMEDIA-ya bildirilib ki, V.Qasımlının sözügedən məqaləsini bundan əvvəl “The London Post” nəşr edib. Məqalə ilə bu linkdən https://www.kiep.go.kr/board.es?mid=a20602040000&bid=0049 tanış olmaq mümkündür.
Qeyd edək ki, Vüsal Qasımlı 2013-cü ildə KİEP-də qonaq alim kimi çalışıb, eyni zamanda, Hanyan və Hankuk universitetlərində mühazirələr oxuyub. Dünyanın bir çox tanınmış alimləri KİEP-də qonaq alim kimi tədqiqatlar aparıb.