Koreya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şəhidlər xiyabanı ziyarət edib

Tokio, 20 aprel , /AJMEDIA/

Koreya Milli Assambleyasının üzvü, Koreya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Suh Byonq-sunun başçılıq etdiyi nümayəndə heyəti aprelin 20-də Şəhidlər xiyabanı ziyarət edib.
AJMEDIA xəbər verir ki, nümayəndə heyətinin üzvləri ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsini ziyarət ediblər.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts