Tokio, 17 sentyabr , /AJMEDIA/
Konqo Demokratik Respublikasının şimalında torpaq sürüşməsinə səbəb olan leysan yağışlar nəticəsində son sutka ərzində ən azı 17 nəfər ölüb.
AJMEDIA xəbər verir ki, bu barədə Konqonun Okapi radiostansiyası məlumat yayıb.
Məlumata görə, ən çox evlər Lisala şəhərinin Konqo çayı sahillərində yerləşən məhəllələrində dağılıb. Daha 7 nəfər yaralanıb.
Hazırda xilasetmə və axtarış tədbirləri davam etdirilir.