Kompüter və planşetlərdən istifadə edən uşaqlarda qlaukomanın yaranması ilə bağlı təsdiqedici elmi araşdırma yoxdur

Tokio, 13 mart , /AJMEDIA/

Davamlı kompüter və telefona baxan uşaqlarda qlaukoma xəstəliyinin yaranması ilə bağlı hazırda hansısa bir tədqiqat yoxdur.

AJMEDIA xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkim-oftalmoloqu Cəmil Həsənov deyib.

Onun sözlərinə görə, uzun müddət kompüter, planşetlərdən istifadə edən uşaqlarda göz təzyiqinin yüksək olması və qlaukoma xəstəliyinin yaranması ilə bağlı hansısa təsdiqedici elmi araşdırma mövcud deyil: “Lakin bir amil var ki, uzun müddət həmin texnoloji vasitələrdən istifadə edildikdə miopiya, uzağı zəif görmənin yaranması ehtimalı var. Bu zaman 40 yaşdan sonra miopiya özü qlaukomanın yaranmasında risk faktoru ola bilər”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts