“Komando başlanğıc kursu”nu bitirənlərə sertifikatlar təqdim olunub

Tokio, 12 sentyabr , /AJMEDIA/

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan Ordusunda şəxsi heyətin hazırlıq səviyyəsinin və bölmələrin döyüş qabiliyyətinin daha da artırılması istiqamətində görülən işlər davam edir.
Cari ilin hazırlıq planına uyğun olaraq, müddətli hərbi xidmət hərbi qulluqçuları üçün keçirilən “Komando başlanğıc kursu”nun buraxılış mərasimi olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AJMEDIA-ya bildirilib ki, mərasimdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən general-mayor Vasif Kazımov müdafiə nazirinin və Quru Qoşunları komandanının təbriklərini kurs iştirakçılarına çatdırıb. “Komando başlanğıc kursu”nun əhəmiyyətindən danışan V.Kazımov şəxsi heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsində bu kimi kursların müsbət təsirini xüsusi vurğulayıb, hərbi qulluqçulara gələcək xidmətlərində uğurlar arzulayıb.
Sonra kurs birincisi, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Samir Həkimov yaş kötüyünə rəmzi emblemi vurub.
Sonda kursu bitirən hərbi qulluqçulara sertifikat və beretlər təqdim olunub, şəxsi heyət təntənəli marşla tribuna önündən keçib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts