KOBİA Ciddə və Məkkənin ticarət və sənaye palataları ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

Tokio, 17 dekabr, /AJMEDIA/

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri Səudiyyə Ərəbistanının Ciddə və Məkkə şəhərlərinə səfər çərçivəsində ticarət və sənaye palatalarında olublar.

AJMEDIA xəbər verir ki, KOBİA-dan AZƏRTAC-a bildirilib ki, agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov və Ciddə Ticarət və Sənaye Palatasının sədri Mohammed Yousuf Naghi arasında keçirilmiş görüşdə ölkələrimizin KOB-ları arasında əlaqələrin genişləndirilməsinə birgə dəstəyin göstərilməsi və əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

Məkkə Ticarət və Sənaye Palatasının baş katibi Esmat A. Matooq ilə görüşdə isə Azərbaycan və Səudiyyə Ərəbistanının KOB-ları arasında regional əməkdaşlığın təşviqi müzakirə olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts