Kiyev şəhəri növbəti dəfə raket atəşinə məruz qalıb

Tokio, 23 mart , /AJMEDIA/

Martın 23-ü səhər saatlarında Ukraynanın paytaxtı Kiyev şəhəri növbəti raket atəşinə məruz qalıb.

AJMEDIA Kiyev şəhər meriyasına istinadla xəbər verir ki, raket zərbələri nəticəsində paytaxtın Svyatoşinski və Şevçenko rayonlarında binalara ziyan dəyib.

Svyatoşinski rayonunda partlayış zamanı ticarət mərkəzi, iki mülki evi və çoxmərtəbəli binalar zərər görüb. Xilasedicilər yanğınları söndürüb.

Bundan əlavə, martın 23-də səhər saatlarında Şevçenko rayonu atəşə tutulub. Bir neçə fərdi yaşayış evində və çoxmərtəbəli binada yanğınlar baş verib. Dörd nəfər xəsarət alıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts