Kitabxanaya yeni təmsil təqdim olundu

Tokio, 5 iyul , /AJMEDIA/

AJMEDIA xəbər verir ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində müxtəlif layihələr həyata keçirilir.
Kitabxananın Fəxri oxucuları olan yazıçılar, şairlər bu layihələrdə fəal iştirak edirlər. Onlar öz əsərlərini mütamadi olaraq kitabxanaya təqdim edirlər.
Yazıçı-publisist, şair Sevinc Ağa Xəlilqızı kitabxanada həyata keçirilən “Yaradıcı oxucularımız” layihəsinə yeni yazdığı əsərlərini mütamadi olaraq təqdim edir.
Müəllif “Köstəbək, tülkü və dovşanın məclisi” təmsilində hiyləgər tülkü ilə aravuran, paxıl köstəbəyin dostluğunu qələmə alır, onlara qoşulan yaltaq, qorxaq, dovşana gülür. Maraqlı təmsildə heyvanların dili ilə müəllif yaltaqlığı, paxıllığı pisləyir, ibrətamiz ifadələrlə bəzi insanlara mesaj verir. Təmsildə yazıçı ağılın, ədalətin, düzgünlüyün, sədaqətin qalib gəldiyini şeir dili ilə oxuculara çatdırır.
Təmsil aşağıdakı keçiddə təqdim olunur:
https://bit.ly/3NHg5IT

Follow us on social

Facebook Twitter Youtube

Related Posts