Kitabxanaya “Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır” adlı elektron kitab təqdim olundu

Tokio, 29 mart , /AJMEDIA/

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, yazıçı-publisist, politoloq Reyhan Mirzəzadə “Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır” yeni elektron kitabını kitabxanaya təqdim etdi.

AJMEDIA xəbər verir ki, bu kitab dünya ədəbi aləmi görkəmli rus uşaq yazıçısı, alim-ədəbiyyatşünas, tərcüməçi, ictimai xadim Korney İvanoviç Çukovskinin anadan olmasının 140 illiyi ilə əlaqədar hazırlanıb.
Çukovskinin 140 illiyi əsl uşaq bayramıdır. Dunya uşaq ədəbiyyatının bayramı. Çünki planetimizin hər bir guşəsində bu gün də azyaşlı oxucular Korney babanın maraqlı, müdrik kitablarını, ecazkar əsərlərini sevə-sevə oxuyurlar. Çukovski uşaqları sevən, onlara qəlbən bağlı olan gözəl nağıl ustası kimi də daim məhəbbətlə qarşılanırdı. Onun yanında hər zaman sevimli oxucularını görmək mümkün idi.
Çünki uşaq ədəbiyyatı nəzəriyyəçisi kimi balaca dostlarının psixologiyasını, dilini yaxşı bilən bu böyük sənətkar həyatını onlarsız təsəvvür edə bilmirdi. Çukovski uşaqların parlaq zəkalı, geniş qəlbli, səxavətli və mərhəmətli dostu idi. Buna görə də yazıçı, ömrünün sonuna qədər gərgin əməklə çalışaraq bəşəriyyətin ümidi, sabahı, gələcəyi, həyatın canlı çiçəkləri olan uşaqlar üçün zəngin bir irs yadigar qoydu.

Elektron kitabda həmçinin Çexov, Qorki, Mayakovski, Barto, Qaydar, Marşak, Svetlov kimi söz, sənət, ədəbiyyat fədailərindən də söhbət açılır.

Elektron kitab aşağıdakı keçiddə yerləşdirilib:

http://yasamal.cls.az/front/files/libraries/81/books/638954703.pdf

Follow us on social

Facebook Twitter Youtube

Related Posts