Kitabxanada “Millət atası” («Отец нации») kitabının təqdimatı keçirildi

Tokio, 15 may , /AJMEDIA/

AJMEDIA xəbər verir ki, Kitabxanada “Millət atası” («Отец нации») kitabının təqdimatı keçirildi

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında kitabxananın Fəxri oxucusu, hüquq elmləri doktoru, professor, Ukraynanın Əməkdar təhsil işçisi Arif Quliyev yeni yazdığı “Millət atası” («Отец нации») kitabının təqdimatı keçirildi.

Kitabın müəllifi A.Quliyev qeyd etdi ki, sözü gedən kitab onun çoxillik əməyi nəticəsində ərsəyə gəlib. O qeyd etdi ki, Heydər Əliyev müasir Azərbaycanın memarı, Azərbaycan – Ukrayna arasında dostluq münasibətlərinin təməlini qoyan şəxsdir. Heydər Əliyev Ukrayna və Azərbaycan arasında strateji əməkdaşlığının inkişafına böyük diqqət yetirərək həmişə Ukraynanın sabit dostu olmuşdur. Ulu Öndərin çoxşaxəli quruculuq fəaliyyəti nəticəsində müstəqil Azərbaycanın inkişafı müsbət dinamika almışdır. Təqdimatda müəllif onun Ulu Öndərlə görüşlərindən danışdı, maraqlı xatirələrini bölüşdü və vurğuladı ki, o, Heydər Əliyevi millətin atası kimi bütün səmimiyyəti ilə sevir və kitab Ulu Öndərə ithaf edilərək “Heydər Əliyev İli” çərçivəsində nəşr olunub.
Alim qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndərin keçirdiyi siyasəti bu gün uğurla davam etdirir.
Yasamal MKS-nin direktoru Lətifə Məmmədova qeyd etdi ki, Ulu Öndər qısa müddətdə Azərbaycanı aqrar-sənaye respublikasından sənaye-aqrar rəspublikasına çevirə bildi. O qeyd etdi ki, kitabda çox maraqlı faktlar toplanılıb, müəllifin dəyərli fikir və nəticələri əks olunub. Bundan başqa, kitabda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti və Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti də işıqlandırılıb.
Kitabxananın əməkdaşları K.Vəliyeva, Y.Qafarova, T.Heydərova, G.Allahverdiyeva, L.Səlimova, G.Cəlilova, İ.Hüseynova və fəal oxucular çıxış edərək kitabla bağlı maraqlı fikirlər söylədilər.
Sonda kitabın müəllifi, professor, həmyerlimiz Arif Quliyev Ukrayna Prezidenti V.Zelenskiyə kitabı göndərdiyini və ona Ukrayna Prezidentinin ofisindən təşəkkür məktubunun göndərilməsini tədbir iştirakçılarına çatdırdı.

Kitabxananın “Kitabxanaya kitab hədiyyə edirik” layihəsinə öz töhfəsini verərək müəllif “Millət atası” («Отец нации») kitablarını kitabxanaya hədiyyə etdi.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts