Kitabxanada Əhməd Cavadın yubileyi ilə bağlı viktorina keçirilir

Tokio, 22 iyul , /AJMEDIA/

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın (Cavad Məhəmmədəli oğlu Axundzadənin) anadan olmasının 130 illiyi tamam olur. Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi tanınmış şair Əhməd Cavadın 130 illik yubileyi ilə əlaqədar “Əhməd Cavadı tanıyırıqmı?” adlı viktorina təşkil edir. Viktorina 2022-ci il 22 – 31 iyul tarixlərində onlayn formada təşkil olunur. Viktorinada qalib gələnlər üçün aşağıdaki prizlər təsis olunub:
l yer 3 kitab
ll yer 2 kitab
lll yer 1 kitab
Viktorina aşağıdakı suallardan ibarətdir:
1.Əhməd Cavad harada və neçənci ildə anadan olmuşdur?
2.Əhməd Cavad ilk təhsilini harada almışdır?
3.Əhməd Cavad neçənci ildə və hansı seminariyada təhsil almışdır?
4.Əhməd Cavadın müəllimləri kimlər olmuşlar?
5. İlk rəsmi müəllim kimi Əhməd Cavad harada fəaliyyətə başlamışdır?
6.Əhməd Cavad neçənci ildən ilk şerlərini yazmağa başlamışdır?
7.Şairin 1913-cü ildə qələmə aldığı “Dilimiz” adlı şeirində hansı məsələlərə toxunulmuşdur?
8.Əhməd Cavadın “Qoşma” adlı ilk şeirlər kitabı neçənci ildə və harada nəşr olunmuşdir?
9.Əhməd Cavadın həyatının və yaradıcılığının ən parlaq və məhsuldar dövrü hansı illərə təsadüf edir?
10.“Çırpınırdı Qara dəniz” şeiri neçənci ildə yazılıb və musiqisini kim bəstələyib?

Viktorinanın cavabları iyul ayını 31-dək yasamal.mks@mail.ru elektron poçta göndəriməlidir.

Sizə uğurlar arzu edirik!

Follow us on social

Facebook Twitter Youtube

Related Posts