“Kitabsevər uşaqlar” YouTube kanalı fəaliyyətini davam etdirir

Tokio, 19 iyun , /AJMEDIA/

AJMEDIA xəbər verie ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Kitabsevər uşaqlar” YouTube kanalına və eyniadlı Facebook səhifəsinə informasiya və təşkilatı dəstək göstərir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin əmrinə əsasən sosial şəbəkələrdə uşaq ədəbiyyatının təbliği məqsədi ilə nazirliyin dəstəyi və YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsinin təşəbbüsü ilə 2016-cı ildə yaradılmış “Kitabsevər uşaqlar” YouTube kanalı və Facebook səhifəsi fəaliyyət göstərir.
Layihənin rəhbəri Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru, Fəxri mədəniyyət işçisi Lətifə Məmmədovadır. “Kitabsevər uşaqlar” YouTube kanalının inzibatçısı Şəki şəhər Mərkəzi Kitabxanasının Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin müdiri Arifə Rzayevadır.
Pandemiya zamanı kanalın fəaliyyətində ciddi problemlər yaradılmış və sonradan kanalın fəaliyyəti yenidən işə başlamışdır.
“Kitabsevər uşaqlar” YouTube kanalının 1368 abunəçisi var. Bu müddət ərzində paylaşılan videolara 221.753 baxış sayı olmuşdur.
Kanalda 4 pleylist vardır: Uşaq hekayələri, Nağıllar, Tapmacalar, Bayatılar.
“Kitabsevər uşaqlar” multimedia kanalında nağıllardan, atalar sözlərindən, tapmacalardan, uşaq şair və yazıçılarının hekayə və şeirlərindən hazırlandığı videoçarxlar və “Sehrli dünya” jurnalının hazırladığı uşaq nağılları və cizgi filmləri yayımlanır. Paylaşılan videolar Azərbaycan və dünyanın 49 ölkəsindən izlənilir və bəyənilir (Türkiyə, Almaniya, Rusiya, Albaniya, ABŞ, Braziliya, Kazaxıstan, Avstriya, Rumıniya, Tailand, Misir, İtaliya, Kipr, Şimali Makedoniya, Böyük Britaniya və s.)
Ətraflı: https://drive.google.com/file/d/10zsoj5SQ_2Aakrb2Ltz2GsuwHNNQ9hJm/view?usp=sharing

Follow us on social

Facebook Twitter Youtube

Related Posts