“Kitabi-Dədə Qorqud” ilk dəfə formul nəzəriyyəsi əsasında təhlil edilib

Tokio, 30 oktyabr , /AJMEDIA/

AMEA-nın Folklor İnstitutu Dədə Qorqud şöbəsinin elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Nizami Adışirinovun “Kitabi-Dədə Qorqud”da epik formullar” monoqrafiyası “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.

İnstitutdan AJMEDIA-ya bildirilib ki, monoqrafiyada formul nəzəriyyəsinin meydana gəlməsi, nəzəri əsasları və inkişaf istiqamətləri tədqiq olunur, “Kitabi-Dədə Qorqud” ilk dəfə formul nəzəriyyəsi işığında sintaqmatik, semantik və linqvistik istiqamətdən təhlil edilir. Tədqiqatda, həmçinin A.Olrik, N.Roşiyanu, L.Raqlan və C.Kempbellin formullarla bağlı nəzəri görüşləri və epik qəhrəman qəlibləri “Dədə Qorqud” qəhrəmanları ilə müqayisəli araşdırılır.

Qeyd edək ki, institutun Elmi şurasının qərarı ilə nəşr olunmuş kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Ramazan Qafarlı, rəyçiləri isə filologiya elmləri doktoru, professor Rüstəm Kamal (Rəsulov) və mərhum professor Kamran Əliyevdir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts