Kişi voleybolçular arasında Azərbaycan çempionatı start götürür

Tokio, 4 dekabr, /AJMEDIA/

Bu gün kişi voleybolçular arasında Yüksək Liqaya start veriləcək.

AJMEDIA xəbər verir ki, I turun hər iki oyunu Bakıda keçiriləcək. Açılış matçında “Murov Az Terminal” MOİK-lə üz-üzə gələcək. “Murov Az Terminal”ın idman zalında təşkil olunacaq görüş saat 15:00-da başlayacaq. “Azərreyl” isə Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində “Neftçi”nin qonağı olacaq. Qarşılaşma saat 17:00-da start götürəcək.

Qeyd edək ki, turun “Gənclər” – “Xilasedici” oyunu dekabrın 5-də Sumqayıtda keçiriləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts