Kataniya aeroportunda yanğın səbəbindən uçuşlar dayandırılıb

Tokio, 17 iyul , /AJMEDIA/

İtaliyanın cənubundakı Kataniya şəhərinin “Vinçenso Bellini” beynəlxalq hava limanında gecə saatlarında yanğın baş verib.
AJMEDIA xəbər verir ki, əraziyə mülki müdafiə qüvvələri cəlb olunub, yanğın dərhal söndürülüb. Hadisə zamanı ölən və yaralananın olmadığı, lakin sərnişinlər arasında təşviş yaşandığı bildirilib.
Hava limanı sərnişinlər üçün bağlanıb, uçuşlar iyulun 19-dək dayandırılıb.
Yanğının başvermə səbəbi hələlik aydınlaşmayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts