Kataloniyada müstəqillik tərəfdarları seçkilərdə məğlub olublar

Tokio, 13 may , /AJMEDIA/

Mayın 12-də Kataloniyada keçirilən növbədənkənar parlament seçkilərində regionun müstəqilliyinin tərəfdarları tarixi məğlubiyyətə uğrayıblar. Onlar qanunverici orqanda mütləq çoxluğu itiriblər.

AJMEDIA xəbər verir ki, seçkilərdə İspaniyanın Baş naziri Pedro Sançesin rəhbərlik etdiyi Sosialist partiyası qalib gəlib.

1980-ci ildən bəri ilk dəfə İspaniyanın bu regionunda müstəqillik tərəfdarı olan müxtəlif partiyalar birlikdə yerlərin mütləq əksəriyyətini qazana bilməyiblər.

Seçkilərdə aparıcı namizəd Salvador İllanın başçılıq etdiyi sosialistlər qalib gəlib. Onlar 42 yer qazanıblar və parlamentdə mütləq çoxluqdan uzaqdırlar. Bununla belə, İlla digər sol partiyaların dəstəyi ilə hökumət başçısı seçilə və bununla da yeni seçkilərin qarşısını ala bilər, çünki hazırda sol hökumətə alternativ yoxdur.

Bülletenlərin demək olar ki, 100 faizi hesablandıqdan sonra çıxış edən Salvador İlla deyib: “Bu gün Kataloniyada katalonları birləşdirərək onlara xidmət etmək üçün yeni mərhələ başlayır”.

Müşahidəçilərin fikrincə, İspaniya iqtisadiyyatının və sənayesinin lokomotivlərindən biri olan 8 milyonluq bu regionda separatçı əhvali-ruhiyyədə açıq-aşkar azalma müşahidə olunur.

Analitiklər seçkilərin nəticələrini baş nazir Pedro Sançesin Madriddəki solçu mərkəzi hökumətinin böyük zəfəri kimi qiymətləndiriblər. İspaniya hökumətinin başçısı barışıq və güzəşt siyasəti ilə Kataloniyadakı münaqişəni böyük ölçüdə azaldıb və regionun müstəqillik tərəfdarlarının səylərini tamamilə yox edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts