Karateçimiz İrina Zaretska Yaponiyada bürünc medala sahib olub

Tokio, 12 iyun , /AJMEDIA/

Yaponiyanın Fukuoka şəhərində karate üzrə Premyer Liqa turnirinin üçüncü mərhələsinə yekun vurulub.
AJMEDIA xəbər verir ki, Azərbaycan təmsilçisi İrina Zaretska bürünc medal qazanıb.
Turnirdə 68 kiloqram çəki dərəcəsində mübarizə aparan karateçimiz üçüncü yer uğrunda görüşdə qazaxıstanlı Venera Jahibaevadan üstün olub.
Qeyd edək ki, “Tokio-2020” Yay Olimpiya Oyunlarının gümüş medalçısı turnirin Mərakeşdə təşkil olunan əvvəlki mərhələsində qızıl medal qazanıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts