Kanadalı siyasətçi: Azərbaycanda yaşayan milli azlıqların ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməsi diqqət çəkir

Tokio, 8 mart , /AJMEDIA/

Başqa ölkələrin Azərbaycan haqqında hər hansı məsələ ilə bağlı dedikləri o qədər önəmli deyil. Vacib olan ölkənin daxilində baş verənlərdir. Azərbaycanda bir çox milli azlıqlar yaşayır və onların ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməsi diqqətçəkəndir.

Bu fikirləri AJMEDIA-ya açıqlamasında Bakının ev sahibliyi etdiyi “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq elmi konfransın iştirakçısı, kanadalı siyasətçi Raymond Kasimer Taras deyib.

Kanadalı qonaq islamofobiya ilə bağlı araşdırma apardığını və hətta 2010-cu ildə bu mövzuda kitab yazdığını da söyləyib. O, martın 9-da konfransda çıxışı zamanı bu barədə ətraflı danışacağını bildirib.

“Mən bundan əvvəl Azərbaycanda olmamışam. Amma Qafqazla bağlı tədqiqatlarım var. Bildiyimə görə, Qarabağ Azərbaycan üçün çox əhəmiyyət kəsb edir. Çoxdankı münaqişənin həll olunması düşünürəm ki, doğru hərəkət idi. Əksəriyyətin bildirdiyi kimi, daxili məsələlər də çox mühümdür və burada əsas məsələ ərazi bütövlüyüdür”, – deyə Raymond Kasimer Taras vurğulayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts