Kanada mətbuatı İslam dünyasının paytaxtı kimi Şuşadan yazdı

Tokio, 8 avqust, /AJMEDIA/

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) Azərbaycanın Şuşa şəhərinə “İslam Mədəniyyətinin Paytaxtı” adının verilməsi haqqında qərar qəbul edib.

AJMEDIA xəbər verir ki, bu barədə tanınmış poitoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avraham baş qərargahı ABŞ-ın Nyu-York şəhərində yerləşən Xarici Siyasət Assosiasiyasının xəbər saytında dərc olunmuş məqaləsində yazıb.

“Şuşa: İslam dünyasının mədəniyyət paytaxtı” sərlövhəli məqalədə diqqətə çadırılıb ki, Şuşa tarixdəki səyahətinə Qarabağ xanlığı dövründə əsası qoyulmuş, mədəniyyət və ticarət mərkəzi olan, inkişaf edən ipəkçilik və xalçaçılıq sənayesi sayəsində adı uzaq diyarlarda tanınan bir şəhər kimi başlayıb.

18-ci əsrdə şəhər Qarabağın paytaxtı olub və bu dövrdə şəhərin böyüməsi və mədəni çiçəklənməsi baş verib, bura bir çox şairlərin, yazıçıların, musiqiçilərin və rəssamların vətəninə çevrilib. Bildirilib ki, 19-cu əsrin sonlarında Şuşa artıq Qafqazın musiqi və mədəniyyət mərkəzi hesab olunurdu. Şəhər “Qafqazın İncəsənət Məbədi”, “Kiçik Paris” və “Azərbaycanın Musiqi Evi” kimi tanınıb.

Qeyd olunub ki, şəhərdəki bir çox tarixi tikililərin günümüzə qədər gəlib çatmamasının səbəbi şəhəri işğal etdikdən sonra ermənilərin burada törətdiyi vandalizmdir. Məhz 2020-ci ildə İkinci Qarabağ Müharibəsi nəticəsində 30 illik erməni işğalından azad edilməsi Şuşada Azərbaycan mədəniyyətinin məhv olması təhlükəsini sovuşdurub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts