Tokio, 1 yanvar , /AJMEDIA/
“Kəpəz” futbol klubunun çempionatın ikinci hissəsinə hazırlıq çərçivəsində “Araz-Naxçıvan”la keçirəcəyi yoxlama oyunu ləğv edilib.
Klubdan AJMEDIA-ya verilən məlumata görə, komandalar arasında matçın məkanı ilə bağlı razılıq əldə olunmadığından oyun baş tutmayacaq.
Yoxlama görüşü üçün rəqib axtarışına çıxan “sarı-göylər” I divizionda çıxış edən “İmişli” ilə anlaşıb.
Bu rəqiblə matç yanvarın 15-də Gəncədə oynanılacaq.