Kənd təsərrüfatı naziri Gəncə və Göygöldə elmi-tədqiqat institutlarının fəaliyyəti ilə tanış olub

Tokio, 15 iyul , /AJMEDIA/

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Gəncə və Göygöldə fəaliyyət göstərən elmi-tədqiqat institutlarının fəaliyyəti ilə tanış olub.
Nazirlikdən AJMEDIA-ya bildirilib ki, nazir bölgəyə səfəri zamanı Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutuna, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutuna və Respublika Süni Mayalanma Mərkəzinə baş çəkib, institutların fəaliyyəti ilə maraqlanıb, əməkdaşlarla görüşüb.
Görüşlərdə institutlarda elmi-tədqiqat sahəsində aparılan işlərin icra vəziyyəti, institutların maddi-texniki bazasının təkmilləşdirilməsi, laboratoriyaların fəaliyyəti barədə fikir mübadiləsi aparılıb, tədqiqatların nəticələrinin təcrübədə tətbiqi məsələləri müzakirə olunub. Qeyd edilib ki, institutlarda aparılan tədqiqatlar, mövzu seçimləri aqrar sahədə dünyada mövcud olan trendlərə uyğun olmalı, institutlar öz elmi fəaliyyətlərini günün tələblərinə uyğun qurmalı və elmi müəssisələrlə özəl sektor arasında əməkdaşlıq genişləndirilməlidir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts