Kəlbəcərdə silah-sursat tapılıb

Tokio, 26 yanvar , /AJMEDIA/

İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədilə profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AJMEDIA-ya verilən məlumata görə, Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər zamanı rayon ərazisindəki müxtəlif yerlərdən 1 “RPQ” markalı pulemyot, 2 “Kalaşnikov” markalı avtomat, 3 avtomat darağı, 26 “F1” markalı əl qumbarası və 19 əl qumbarasının alışqanı aşkar edilib.

Tapılan silah-sursat aidiyyəti üzrə təhvil verilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts