Kəlbəcər və Daşkəsəndə yeni aşkarlanan minalar zərərsizləşdirilib

Tokio, 10 oktyabr , /AJMEDIA/

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri azad olunmuş ərazilərimizin və təminat yollarının minalardan təmizlənməsi istiqamətində fəaliyyətlərini davam etdirir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AJMEDIA-ya bildirilib ki, aparılan minatəmizləmə fəaliyyəti nəticəsində oktyabrın 8-dən bu günədək Kəlbəcər və Daşkəsən rayonları ərazisində yeni aşkar olunan 63 ədəd piyada əleyhinə PMN-Э, 89 ədəd piyada əleyhinə PMN-2 və 1 ədəd OZM-72E tipli piyada əleyhinə qəlpəli mina təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.
Azad olunmuş ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts