Kəlağayı Muzeyində akademik Zərifə Əliyevanın xatirəsi yad olunub

Tokio, 29 aprel , /AJMEDIA/

Görkəmli alim, Əməkdar elm xadimi Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın 100 iliyi münasibətilə Kəlağayı Muzeyində tədbir keçirilib.
AJMEDIA xəbər verir ki, tədbir “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi, “Dədə Ələsgər Ocağı” İctimai Birliyi və Kəlağayı Ev Muzeyinin birgə təşkilatçılığı ilə reallaşıb.
Tədbirdə “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin və Kəlağayı Ev Muzeyinin sədri Güllü Eldar Tomarlı, “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgərli, araşdırmaçı-yazar Vaqif Osmanov, Sayad Hüseynov, aşıq Gözəl Kəlbəcərli, Tərxanım Museyibqızı, Ailələrə Dayaq Xeyriyyə İctimai Birliyinin sədri Natəvan Əliyeva, rəssam Gülnarə Məmmədova, Maya Ömərova, Aydın Bulud, Vüsal Sehranoğlu çıxış edərək tədbirin əhəmiyyətindən danışıb, Zərifə xanım Əliyevanın zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yoluna nəzərə salıb, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına töhfəsindən bəhs ediblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts