Kiyevə dron hücumları nəticəsində xəsarət alanlar var

Tokio, 04 may, /AJMEDIA/

Ötən gecə Rusiya dronlarının hücumu nəticəsində Kiyevdə yaralananların sayı artıb. İndiyədək 10-dan artıq şəxsin xəsarət aldığı məlum olub.

AJMEDIA xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin Facebook səhifəsi məlumat yayıb.

“Kiyevdə yaralıların sayı 2-si uşaq olmaqla 11 nəfərə çatıb”, deyə məlumatda bildirilir.

Obolon, Svyatoşin və Şevçenko rayonlarında PUA-ların qalıqlarının düşməsi nəticəsində yanğınlar və bəzi dağıntılar qeydə alınıb. Dronlardan biri çoxmərtəbəli binada yanğına səbəb olub. Həmçinin, paytaxtın ticarət mərkəzlərindən birinə ziyan dəyib. Yanğın söndürülüb. 10-a yaxın avtomobil yanaraq yararsız hala düşüb.

Ukrayna Silahlı Qüvvələrinin yaydığı məlumata görə, mayın 4-ə keçən gecə Rusiya Ukrayna ərazisinə ümumilikdə 165 zərbə dronu ilə hücum edib. Hava hücumu nəticəsində Kiyev, Xarkov, Dnepropetrovsk, Çerkassı vilayətləri ziyan görüb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts