IV Məktəblərarası Rəsm Müsabiqəsinin qalibləri mükafatlandırılıblar

Tokio, 2 iyun , /AJMEDIA/

İçərişəhərdəki Müasir İncəsənət Mərkəzində 2023-2024-cü illər üzrə IV Məktəblərarası Rəsm Müsabiqəsinin iştirakçıları mükafatlandırılıblar.

Tədbir Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunub.

AJMEDIA xəbər verir ki, müsabiqə Azərbaycanın Birləşmiş Rəssamlar Klubu, “Antaris” şirkəti və “Faber-Castell” SC ilə birgə təşkil edilib.

Münsiflər heyətində Birləşmiş Rəssamlar Klubunun sədri Bəhram Xəlilov, “Faber-Castell” şirkətinin Azərbaycandakı nümayəndəsi Ləman Yusifli və rəssam Səbinə Cəfərova yer alıb.

İki turdan ibarət olan IV Məktəblərarası Rəsm Müsabiqəsinə 2023-cü ilin payızında start verilib. “Qarabağ” mövzusunda hər olunan birinci tur 2024-cü ilin aprelində keçirilib. İkinci tur “Dünya ənənələri və dünya nağılları”na həsr olunub. Ümumilikdə müsabiqəyə 500 yüzə yaxın iştirakçı qoşulub, onlardan altmışı ikinci tura keçib və sonda beş finalçı seçilib.

Müsabiqədə 1-ci yerə Dəniz Cəfər, 2-ci yerə Fərəh Əkbərzadə, 3-ci yerə Yunus Dalğa, 4-ci yerə Aysun İbrahimova, 5-ci yerə isə Fərəh Xələfzadə layiq görülüb. Qaliblərə fəxri fərman və hədiyyələr təqdim olunub.

2020-ci ildən bəri bu müsabiqə uşaqlar və yeniyetmələrin yaradıcılığını sövq edən çox gözəl ənənəyə çevrilərək, hər il 6-17 yaş arası məktəblilər arasında keçirilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts