Tokio, 16 fevral, /AJMEDIA/
İtaliyanın “Salernitana” klubunun yeni baş məşqçisi müəyyənləşib.
AJMEDIA klubun rəsmi saytına istinadla xəbər verir ki, A seriyası təmsilçisini Davide Nikola çalışdıracaq.
“Cenoa”, “Torino” kimi bir sıra klomandalara da baş məşqçilik etmiş mütəxəssis yeni komandasında Stefano Kolantuononu əvəzləyib.
Qeyd edək ki, “Salernitana” A seriyasında 23 oyundan cəmi 13 xal toplayıb.