Tokio, 7 fevral, /AJMEDIA/
İtaliya millisinin sabiq qapıçısı və hazırda “Parma”da çıxış edən Canluici Buffon yenidən diqqət mərkəzinə düşüb.
AJMEDIA xəbər verir ki, 44 yaşlı qolkiper B Seriyasıdan “Benevento” ilə matçda qapısını toxunulmaz saxlayıb. Bununla da o, 500-cü dəfə qapısında qol görməyən qapıçı olub.
Qeyd edək ki, Buffon karyerası ərzində “Yuventus”da 322, “Parma”da 92, PSJ-də 9 və İtaliya milli komandasında isə 77 dəfə qapısını toxunulmaz saxlayıb.