İtaliyada mayın 1-dən etibarən COVID-19 pasportları ləğv edilir

Tokio, 18 mart , /AJMEDIA/

İtaliya Hökuməti mayın 1-dən etibarən COVID-19 pasportlarından imtina etməyə qərar verib.

AJMEDIA xəbər verir ki, bu barədə İtaliyanın səhiyyə naziri Roberto Speranza bildirib.

“Biz kovid sertifikatlarının ləğvi istiqamətində işlər görürük. Aprelin 1-dən əksər açıq yerlərdə, mayın 1-dən isə qapalı məkanlara girişdə də sertifikat tələb olunmayacaq”, – nazir bildirib.

Xəstələrlə təmasda olanlar üçün karantin rejiminin ləğv edildiyini diqqətə çatdıran nazir qeyd edib ki, təcrid yalnız testi müsbət nəticə verənlər üçün məcburi olacaq.

Ölkədə martın 31-də başa çatacaq fövqəladə vəziyyətin müddəti də uzadılmayacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts