İtaliyada daşqınlar nəticəsində ölənlərin sayı 14-ə çatıb

Tokio, 19 may , /AJMEDIA/

İtaliyanın şimal-şərqindəki Emiliya-Romaniya regionunda şiddətli leysan yağışlarından sonra baş verən sel və daşqınlar nəticəsində həlak olanların sayı 14-ə çatıb.
AJMEDIA xəbər verir ki, hazırda mülki müdafiə qüvvələri bölgədə itkin düşənlərin axtarış-xilasetmə işlərini davam etdirir. Təbii fəlakətdən zərər çəkən qəsəbələrin sayı 42-yə çatıb, 15 min insan evini tərk etmək məcburiyyətində qalıb.
Torpaq sürüşmələri səbəbindən nəqliyyatın hərəkəti üçün bağlanan yolların açılması istiqamətində işlər davam edir. Hazırda 37 min evə elektrik enerjisinin verilməsi mümkün deyil.
Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk vətəndaşları zərərçəkənlər üçün dua etməyə və lazımi dəstək göstərməyə çağırıb.
Qeyd edək ki, təbii fəlakət nəticəsində bölgədə ümumilikdə 23 çay məcrasından çıxıb, 280 torpaq sürüşməsi baş verib, 400 yol bağlanıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts