İtaliya Özbəkistanı Mərkəzi Asiyada mühüm tərəfdaş hesab edir

Tokio, 11 noyabr , /AJMEDIA/

İtaliya Prezidenti Sercio Mattarella Özbəkistana rəsmi səfər edib.

AJMEDIA xəbər verir ki, İtaliya Prezidenti səfər çərçivəsində Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb.

Sercio Mattarella bildirib ki, İtaliya Özbəkistanı Mərkəzi Asiyada, eləcə də Avropa ilə Asiya arasında münasibətlərin daha geniş və həlledici kontekstində böyük əhəmiyyət kəsb edən tərəfdaş hesab edir.

Görüşdə iki ölkə arasında siyasi sahədə strateji tərəfdaşlıq, iqtisadi, ticarət, hərbi, mədəni və turizm sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub. Həmçinin İtaliya ilə Özbəkistan ikitərəfli müqavilələr imzalanıb.

Səfər çərçivəsində İtaliya Prezidenti Özbəkistanın Xivə və Səmərqənd şəhərlərini ziyarət edəcək.

Sercio Mattarella 1997-ci ildə İtaliya Prezidenti Oskar Luici Skalfarodan sonra Özbəkistana səfər edən ikinci dövlət başçısıdır

Follow us on social

Facebook Twitter Youtube

Related Posts