İtaliya nümayəndə heyətinin rəhbəri: Azərbaycan ilə əməkdaşlıq bütün sahələrdə mükəmməl inkişaf edir

Tokio, 14 may , /AJMEDIA/

Azərbaycan ilə İtaliya arasında ikitərəfli əməkdaşlığımız bütün sahələrdə mükəmməl inkişaf edir. Bundan əlavə, bizim ortaq dəyərlərimiz var.

AJMEDIA xəbər verir ki, bu barədə İtaliyanın Bakıdakı səfirliyinin nümayəndə heyətinin rəhbəri Rikardo Kursi Bakıda keçirilən “Azərbaycan və İtaliya – daha yaxşı qida istehsalı naminə” tədbirində çıxışı zamanı deyib.

O bildirib ki, İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır.

“Bu gün İtaliya şirkətləri ilə yeni əməkdaşlıq əlaqələri qurulacaq, B2B görüşlərdə yeni imkanlar əldə olunacaq. Kənd təsərrüfatı sahəsi ənənəvi olaraq İtaliyada güclü bir sektordur. Azərbaycan böyük ölkə deyil, amma inanılmaz iqlim qurşaqları var. Bu da çox böyük önəm daşıyır. Kənd təsərrüfatı Azərbaycan əhalisinin məşğuliyyətini təmin edir. Kənd təsərrüfatına qoyulan sərmayə məhsuldarlıq baxımından yüksək və dayanıqlı olmalıdır. Bu da ətraf mühit baxımından önəmlidir. COP29-a ev sahibliyi edən Azərbaycan üçün bu, qat-qat önəmlidir”, – deyə R.Kursi qeyd edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts