İsveçrədə Azərbaycanın Müstəqillik Günü təntənəli şəkildə qeyd edilib

Tokio, 27 may , /AJMEDIA/

Bern şəhərində Azərbaycanın Müstəqillik Gününün 105-ci ildönümü təntənəli şəkildə qeyd edilib.
AJMEDIA xəbər verir ki, Müstəqillik Günü tədbirində İsveçrə hökumətinin nümayəndələri, diplomatik korpusun rəhbərləri, İsveçrədə fəaliyyət göstərən diasporumuzun fəal üzvləri və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirin açılış hissəsində Azərbaycan Respublikası, İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığının himnləri səsləndirilib.
İsveçrə Konfederasiyasında səfərdə olan Azərbaycan nümayəndə heyətinin rəhbəri, səhiyyə naziri Teymur Musayev tədbirdə çıxış edərək, Müstəqillik Gününün tarixindən danışıb. Həmçinin müstəqilliyini bərpa etdikdən sonra, ilk illərdə ölkəmizin üzləşdiyi çətinliklərdən, Ulu Öndərin rəhbərliyi ilə xalqımızın bu çətinliklərin öhdəsindən uğurla gəlməsindən bəhs edib, qazanılan nailiyyətlərdən söz açıb. O, may ayının vacib tarixlərlə zəngin olduğunu xatırladaraq, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinin qeyd edildiyini vurğulayıb, Azərbaycanın əldə etdiyi nailiyyətlərdə dahi rəhbərin müstəsna xidmətlərini diqqətə çatdırıb.
İsveçrədəki səfirimiz Fuad İsgəndərov təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasətdən, Azərbaycanın beynəlxalq arenada layiqli yer tutmasından, Azərbaycan Respublikası və İsveçrə Konfederasiyası arasındakı münasibətlərdən və perspektivlərdən, habelə Avropa regionu üçün enerji təhlükəsizliyin təminatında ölkəmizin artan rolundan danışıb.
Tədbir İsveçrədə fəaliyyət göstərən və həmvətənlərimiz Cəmilə Listkovanın rəhbərlik etdiyi “Buta” və Mariya Xoyskayanın rəhbərlik etdiyi milli rəqs dərnəklərinin rəqqaslarının ifasında Azərbaycan milli rəqs nümunələri ilə davam edib.
“Buta” rəqs qrupunun tərkibində Ukraynadan İsveçrəyə qaçqın kimi gəlmiş və burada müvəqqəti məskunlaşmış Yevgeniya Vişnyakova, Diana Kovşova və Elnurə Səfərova adlı gənclər tərəfindən nümayiş etdirilən Azərbaycan milli rəqsləri tədbir iştirakçılarının böyük marağına səbəb olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts