İsveçdə həmvətənlərimizə səyyar konsulluq xidməti göstərilib

Tokio, 16 iyun , /AJMEDIA/

Azərbaycan Respublikasının İsveç, Norveç, Finlandiya və Danimarkadakı səfirliyi tərəfindən Höteborq şəhərində İsveçin Vestra Qetaland lenində (len – inzibati ərazi vahidi, region) yaşayan həmvətənlərimiz üçün növbəti səyyar konsulluq xidməti təşkil olunub.

AJMEDIA xəbər verir ki, müraciət edən soydaşlarımızın müvafiq sənədlərinin rəsmiləşdirilməsini səfirliyin konsulluq məsələləri üzrə məsul şəxsi Nail Qocayev həyata keçirib. Diplomat Azərbaycan vətəndaşlarının problemləri ilə maraqlanıb və onların konsulluq məsələləri ilə bağlı suallarına cavab verib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts