İsveçdə Azərbaycan diasporunun fəaliyyəti gücləndirilir

Tokio, 29 sentyabr, /AJMEDIA/

İsveçin paytaxtı Stokholm şəhərində Azərbaycan diasporunun fəaliyyətinin gücləndirilməsi məqsədilə toplantı keçirilib.

AJMEDIA xəbər verir ki, tədbirin əvvəlində Azərbaycanın Dövlət Himni səsləndirilib və Vətən uğurunda şəhidlik zirvəsinə ucalan övladlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Toplantıda iştirak edən icma üzvləri öz çıxışlarında dərnəklərin birləşməsinin diasporun gücləndirilməsi işinə töhfə verəcəyini vurğulayıblar. İsveç-Azərbaycan Federasiyasının (SAF) fəaliyyətini daha mütəşəkkil təşkil etmək, icmaların işinin koordinasiyası məqsədilə təşkilat komitəsinin yaradılmasının zəruriliyi qeyd olunub. İcma üzvlərinin səs çoxluğu ilə təşkilat komitəsi yaradılıb.

Bildirilib ki, SAF-ın 2025-ci ilin əvvəlində keçiriləcək növbəti qurultayında təşkilat komitəsi tərəfindən Federasiyanın idarə heyətinin seçilməsi nəzərdə tutulur.

Tədbirin sonunda Azərbaycan Evinin yaradılmasının vacibliyi qeyd edilib və bununla bağlı ilkin layihə nümayiş olunub.

Qeyd edək ki, 2020-ci ildə yaradılan İsveç-Azərbaycan Federasiyası pandemiya dövründə aktiv fəaliyyət göstərməsə də, orada təmsil olunan dərnəklər həm Azerbaycan, həm də İsveç icması ilə birgə bir sıra tədbirlər keçirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts