İsveç-Azərbaycan Assosiasiyası Stokholmda konsert təşkil edib

Tokio, 9 iyun , /AJMEDIA/

Stokholmdakı Müqəddəs Mikayıl kilsəsində (Mikaelikyrkan) Skarholmen bələdiyyəsi administrasiyasının dəstəyi ilə SAF İsveç-Azərbaycan Assosiasiyası tərəfindən təşkil olunmuş “Təmiz ətraf mühit – hər kəs üçün sevincdir” adlı konsert keçirilib.

AJMEDIA xəbər verir ki, Assosiasiyanın sədri Sevda Dadaşova salamlama nitqində iqlim dəyişmələrinin qlobal nəticələri və cari ilin noyabr ayında Azərbaycanda keçiriləcək COP29 iqlim konfransı haqqında danışıb.

Konsertdə Azərbaycan ifaçıları ilə yanaşı Türkiyə və İsveçdən olan artistlər çıxış ediblər. Türkiyə opera müğənnisi Burcu Kuru Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Gülçöhrənin ariyasını ifa edib. Ulrika Nilsson və Jak Radinson opera duetinin ifasında italyan operalarından parçalar, eləcə də zalın qurultulu alqışları ilə qarşılanan “Azərbaycan” mahnısı səsləndirilib. Yerli “Qarabağ” bazar günü məktəbinin şagirdləri məşhur “Şuşanın dağları başı dumanlı” mahnısına rəqs ifa ediblər. Konsertin sonunda pianoçu Vüsalə Bağırova və gənc skripka ifaçısı Nübar Bağırova tamaşaçılara ispan və italyan bəstəkarlarının klassik əsərlərini təqdim ediblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts